Tramp bu ştatda fövqəladə vəziyyət elan edib

Tramp bu ştatda fövqəladə vəziyyət elan edib
06 İyl 2025 21:15

ABŞ Prezidenti Donald Tramp təbii fəlakətdən dolayı Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib.

News365.az  xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədə yazıb.

Amerika lideri qeyd edib ki, fövqəladə vəziyyətin elan edilməsi təcili yardım xidmətlərinə dərhal lazımi resursları ayırmağa imkan verəcək.

Qeyd edək ki, leysan yağışlar və Qvadalupe çayının daşması nəticəsində sözügedən bölgədə fəlakətli vəziyyət yaradıb.

Son məlumatlara görə, Texasın mərkəzində daşqınlar nəticəsində azı 59 nəfər ölüb, 850-dən çox insan təxliyə edilib.


Sizin reklam burada
Sizin reklam burada