Regionun müvəqqəti qubernatoru Aleksandr Dronov bölgə sakinlərindən PUA-ların (pilotsuz uçuş aparatlarının) uçuşlarını və Rusiya müdafiəçilərinin fəaliyyətini foto və video çəkiliş etməməyi xahiş edib.
News365.az xəbər verir ki, müvəqqəti qubernator Aleksandr Dronovun verdiyi məlumata görə, Novqorod vilayəti üzərində bir pilotsuz uçuş aparatı vurulub.
“Novqorod vilayətinin ərazisi üzərində bir PUA vurulub. Əsgərlərimizə təşəkkür edirəm! Qırıcı aviasiya və Hava Hücumundan Müdafiə bölmələrinin peşəkar fəaliyyəti növbəti dəfə düşmən hücumunun qarşısını almağa imkan verdi,” – deyə Dronov Telegram kanalında bildirib.
Region rəhbəri vətəndaşlara müraciət edərək PUA-ların uçuşlarını və rus müdafiəçilərinin işini çəkib yaymamağı xahiş edib.
Daha əvvəl o, səhər saatlarında təyyarə tipli iki PUA-nın vurulduğunu bildirmişdi. Dronovun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan, həlak olan və ya dağıntılar yoxdur. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, 6 iyul tarixində ümumilikdə bölgənin hava məkanında 4 pilotsuz uçuş aparatı vurulub.