Tailand ABŞ-a yeni ticarət sazişi təklif etmək niyyətindədir ki, bu da Amerika şirkətlərinə ölkənin bazarına daha geniş giriş imkanı verəcək.
News365.az "Bloomberg" agentliyinə istinadən məlumatına görə, bu barədə Tailandın maliyyə naziri Piçay Çunhavaçira bildirib.
Onun məlumatına görə, Tailandın yeni təklifi ABŞ ilə ticarət profisitini (hazırda təxminən 46 milyard dollar təşkil edir - red.) 5 il ərzində 70% azaltmağı nəzərdə tutur.
Tailand Vaşinqtonun 36% həcmində gömrük rüsumları tətbiq etməsindən qaçmaq istəyir, bunun üçün ABŞ kənd təsərrüfatı və sənaye şirkətlərinə ölkənin bazarına daha geniş giriş imkanı veriləcək, ABŞ-dan gələn əksər mal qrupları üçün tariflər ləğv ediləcək.