Ukrayna dəhşətli qisasa hazırlaşır

Ukrayna dəhşətli qisasa hazırlaşır
13 Apr 2025 21:30

Ukrayna ordusu Rusiyanın Sumda mülki şəxslərə qarşı həyata keçirdiyi hücuma sərt cavab verəcək.


News365.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


“Xristianların böyük bayramı olan Palm Bazar Günü Rusiya hərbçiləri bəşəriyyətə qarşı növbəti cinayət törədiblər: Sum şəhərinin mərkəzinə ballistik raket zərbəsi endiriblər. Onlarla dinc sakin həlak olub və yaralanıb", - məlumatda deyilir.


Bildirilib ki, döyüş meydanında strateji uğur qazana bilməyən düşmən mülki əhaliyə qarşı vuruşur, beynəlxalq hüququ, müharibə qanunlarını və adətlərini kobud şəkildə pozur:


“Rusiya bir daha nümayiş etdirdi ki, sülhə can atmır. Məqsədi qorxu toxumu səpməkdir. Lakin Rusiya yalnız qəzəbimiz və qaçılmaz cəzamızı alacaq. Cavabımız sərt olacaq. Biz işğalçıları, onların hərbi obyektlərini, silah və texnikasını - harada olurlarsa olsunlar, məhv edəcəyik”.


80-ci Əlahiddə Hücum Briqadası artıq qisas almağa necə hazırlaşdığını nümayiş etdirib. Desant qüvvələri “Suma görə” yazılmış mərmilərlə fotoşəkil yayıblar:


“Qisas çox gözləməyəcək! Desantlarımızın hər biri bu gün düşməni xüsusi qəzəblə məhv edəcək. Güllələr, minalar, mərmilər və pilotsuz təyyarələr - bütün bunlar artıq düşmənə doğru uçur. 80-ci Hava Desant Hücum Briqadası həlak olanların ailələrinə başsağlığı verir”.


Qeyd edək ki, Rusiyanın bu gün səhər saatlarında Sum şəhərinə endirdiyi raket zərbələri nəticəsində indiyə olan məlumata görə, 34 nəfər ölüb, 117 nəfər yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada