Rusiya hərbçiləri qondarma "Donetsk Xalq Respublikası"nın Novoye kəndini zəbt ediblər. Bu barədə aprelin 30-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Aktiv hücum hərəkətləri nəticəsində “Zapad” qüvvələr qrupunun bölmələri Novoye yaşayış məntəqəsini azad ediblər”, - nazirliyin məlumatında deyilir.
Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş, tank-hücum briqadasının və iki ərazi müdafiə briqadasının birləşmələri Donetsk vilayətinin Dvureçnaya, Kupyansk, Kupyansk-Uzlovoy, Osinovo, Neçvolodovka, Kamensvka və digər ərazilərdə darmadağın edilib.
"Düşmən 220-dən çox hərbçisini, iki zirehli döyüş maşını, on avtomobili və Qərb istehsalı olan beş səhra artilleriyasını itirib. Sursat anbarı məhv edilib",- məlumatda qeyd edilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural