Ukrayna daha 2 yaşayış məntəqəsini itirdi

Ukrayna daha 2 yaşayış məntəqəsini itirdi
30 May 2025 14:20

Rusiya hərbçiləri Ukraynanın Xarkov vilayətinin Stroyevka və Kondraşovka yaşayış məntəqələrini zəbt ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Nazirliyin yaydığı məlumata görə, yaşayış məntəqələri “Qərb” qoşun qruplaşmasının bölmələrinin aktiv hücum hərəkətləri zamanı tutulub.


Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə endirilən zərbələr nəticəsində bir neçə Ukrayna bölməsinin şəxsi heyəti və texnikası itkilərə məruz qalıb. Xüsusilə, söhbət Ukrayna Silahlı Qüvvələrinin üç mexanikləşdirilmiş briqadasından, beş ərazi müdafiə briqadasından, Milli Qvardiyanın iki bölməsindən və sərhəd xidmətinin bir bölməsindən gedir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada