Üç ayda xaricə satdığımız tütünün dəyəri 5 dəfədən çox artıb - Neçə milyon fərq var?

Üç ayda xaricə satdığımız tütünün dəyəri 5 dəfədən çox artıb -  Neçə milyon fərq var?
20 Apr 2024 20:55

Cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 11 milyon 499 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri satıb.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon 329 min ABŞ dolları və ya 5,3 dəfə çoxdur. Ötən ilin ilk üç ayında Azərbaycanın xarici ölkələrə satdığı tütün və tütünün sənaye əvəzedicilərinin dəyəri 2 milyon 170 min ABŞ dolları olub.

Bu ilin birinci rübündə Azərbaycan xarici ölkələrdən 26 milyon 366 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 min ABŞ dolları, yaxud da 0,5% çoxdur. 2023-cü ilin yanvar-mart aylarında bu rəqəm 26 milyon 235 min ABŞ dolları olub.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanın tütün və tütünün sənaye əvəzediciləri ixracı ümumi ixracın 0,19 faizini, idxalı isə ümumi idxalın 0,71 faizini təşkil edib.


Youtube kanalımız

Oxşar xəbərlər