UAZ-ın məşhur modelinin buraxılışı dayandırıldı

UAZ-ın məşhur modelinin buraxılışı dayandırıldı
28 May 2025 11:35

Ulyanovsk Avtomobil Zavodu (UAZ) özünün ən köhnə və çoxlarının sevdiyi UAZ "Hunter" yolsuzluq avtomobilinin istehsalını dayandırıb. Bu barədə "Avtopotok" Telegram kanalı məlumat yayıb.


"Ulyanovsk Avtomobil Zavodundakı mənbə iddia edir ki, şirkət artıq bir aydır ki, klassik "Hunter" yolsuzluq avtomobilləri istehsal etmir. Səbəb təşkilati xarakter daşıyır: "hunter"lərin istehsalı prosesi ayrıca bölməyə veriləcək", - kanal yazıb.


Qeyd olunub ki, avtomobil daha 2 ay da istehsal olunmayacaq.



Tural


Sizin reklam burada
Sizin reklam burada