Türkiyənin müdafiə sənayesinin təməli çox güclüdür. - NATO

Türkiyənin müdafiə sənayesinin təməli çox güclüdür. - NATO
00:01

Türkiyənin müdafiə sənayesinin təməli çox güclüdür.


News365.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Mark Rutte Anadolu müxbirinin sualına cavabında deyib.


“Türkiyə müdafiə sənayesinin təməli həqiqətən təsirlidir”, - deyə o bildirib.


Rutte yüzlərlə müəssisənin innovasiya sahəsində çalışdığını, Müdafiə Sənayesi İdarəsinin tərkibində minlərlə şirkətin olduğunu bildirərək həm Ankara səfəri zamanı, həm də Brüsseldə müdafiə sənayesi rəisi Haluk Görgün ilə görüşdüyünü xatırladıb.


“Həqiqətən də, Türkiyə sənayesi son məhsullar da daxil olmaqla ən önəmli hissələri tədarük edir”, – Baş katib söyləyib.


Sizin reklam burada
Sizin reklam burada