Türkiyənin Kosovo ilə final oyunu hansı kanalda yayımlanacaq?

Türkiyənin Kosovo ilə final oyunu hansı kanalda yayımlanacaq?
12:37

Bu axşam DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçiriləcək.

News365.az xəbər verir ki, gecənin əsas qarşılaşmasında Türkiyə səfərdə Kosovo millisi ilə üz-üzə gələcək.

Azarkeşlər Kosovo - Türkiyə oyununu İctimai TV-də izləyə biləcəklər.

Günün digər maraqlı qarşılaşmalarında isə Bosniya və Herseqovina millisi İtaliya ilə üz-üzə gələcək. Bu qarşılaşma isə "CBC Sport" TV-də canlı yayımlanacaq.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Final

31 mart

Saat 22:45, Kosovo - Türkiyə (İctimai TV);

Saat 22:45, Bosniya və Herseqovina - İtaliya ("CBC Sport" TV).


Sizin reklam burada
Sizin reklam burada