Zonguldak vilayətinin mərkəzə bağlı Köroğlu kəndində dəhşətli ailə faciəsi baş verib. Kənddə keçirilən bir toy mərasimindən qayıdan Halil Can Köroğlu (24), qardaşı Emirkan Köroğlu (18) və onların 75 yaşlı babaanneləri Nazmiye Köroğlu, aralarında əvvəlcədən ədavət olan qohumları Erdeniz K. tərəfindən bıçaqlanıb.
İlkin məlumatlara görə, hadisədən təxminən bir ay əvvəl Halil Can və Emirkan, qohumları E.K.-nı döymüş və bu səbəbdən ailələr arasında gərginlik yaranmışdı. Dünən gecə kənddə açıq havada keçirilən toyda hər iki tərəf yenidən qarşılaşıb. Toydan dönən zaman başlayan mübahisə qanlı hadisəyə çevrilib. Erdeniz K., evindən götürdüyü bıçaqla Halil Can və Emirkan Köroğluna hücum edib. Torunlarını qorumağa çalışan Nazmiye Köroğlu da bıçaqlanaraq ağır yaralanıb.
Ağır xəsarət alan üç nəfər xəstəxanaya çatdırılsa da, onların həyatlarını xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanları cinayətlə bağlı araşdırma aparır. Şübhəli Erdeniz K.-nın saxlanıldığı bildirilir.