Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb - 1 ölü, 19 yaralı

Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb - 1 ölü, 19 yaralı
10:36

Türkiyənin Bartın vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az "TRT Haber"ə istinadən xəbər verir ki, sənaye bölgəsinə işçi daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Polis, yanğınsöndürmə, təcili yardım və jandarma qrupları hadisə yerinə cəlb olunub. Qəza zamanı yaralanan şəxslər Bartın Dövlət Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada