Paşinyan Qazaxıstana səfər edəcək

Paşinyan Qazaxıstana səfər edəcək
12:20

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfərinin tezliklə baş tutacağını açıqlayıb.

News365.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə yazdığı təbrik mesajında ​​bildirib.

"Ümid edirəm ki, yaxın gələcəkdə baş tutması planlaşdırılan Qazaxıstana rəsmi səfərim zamanı dostluq, rifah və gələcəyə yönəlmiş ikitərəfli strateji münasibətlərin inkişafı naminə Ermənistan-Qazaxıstan dövlətlərarası gündəliyini müzakirə edəcəyik", - Paşinyan qeyd edib.

O, mesajında ​​həmçinin Tokayevin rəhbərliyi altında Qazaxıstanda müstəqilliyin möhkəmləndirilməsinə, institutların inkişafına və ölkənin sosial-iqtisadi rifahının təşviqinə yönəlmiş islahatların vacibliyini vurğulayıb.

Xatırladaq ki, avqustun əvvəlində Qazaxıstan liderinin mətbuat xidməti Paşinyanın ölkəyə rəsmi səfərinə hazırlıqların aparıldığını açıqlamışdı. Səfərin 2025-ci ilin sonlarına planlaşdırıldığı bildirilirdi.


Sizin reklam burada
Sizin reklam burada