ABL: IV turun daha iki oyunu bu gün keçiriləcək

ABL: IV turun daha iki oyunu bu gün keçiriləcək
10:09

Azərbaycan Basketbol Liqasında IV turun daha iki oyunu bu gün keçiriləcək.

News365.az xəbər verir ki, ilk olaraq "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək.

B qrupunun qarşılaşması saat 14:00-da start götürəcək. "Sərhədçi" dörd xalla beşinci, Naxçıvan klubu 5 xalla dördüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Neftçi" "Abşeron Lions"la münasibətlərə aydınlıq gətirəcək. A qrupunun matçı saat 18:00-da başlayacaq. "Abşeron Lions" bu qrupda 6 xalla ikinci, rəqiblərindən bir oyun az keçirən "ağ-qaralar" 3 xalla dördüncüdür.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda "Sabah" "Gəncə"ni, "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81) məğlub edib.



Sizin reklam burada
Sizin reklam burada