Türkiyədə Çanaqqala Boğazı bağlandı - SƏBƏB

Türkiyədə Çanaqqala Boğazı bağlandı - SƏBƏB
20 Apr 2025 10:00

19 aprel 2025-ci il tarixində səhər saatlarında Türkiyədə Çanaqqala Boğazında müşahidə olunan sıx duman səbəbindən, gəmi keçidlərində təhlükəsizlik məqsədilə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Boğazın açıqlarında səhər saatlarında təsirini artıran duman, dənizdə görünüş məsafəsinin azalmasına səbəb olub.

Bu vəziyyət, gəmi hərəkətləri üçün təhlükə yaratdığından, Çanaqqala Boğazı Gəmi Nəqliyyat Xidmətləri İdarəsi tərəfindən, saat 06:20-dən etibarən boğazın iki istiqamətli transit gəmi keçidlərinə bağlandığı gəmi kapitanlarına radio elanları ilə bildirilib.


Sizin reklam burada
Sizin reklam burada