Türkiyədə 14 yaşlı yeniyetmə qız atasını güllələyib.
News365.az xəbər verir ki, hadisədən sonra isə anası ilə birlikdə hadisəni intihar kimi göstərməyə çalışıb.
İstintaq zamanı məlum olub ki, ata uzun müddət onu və ailə üzvlərini təhdid edib, həmçinin ona qarşı təcavüz xarakterli hərəkətlər edib. Qız qorxu içində olduğunu və hadisə zamanı əlcək geyinərək silahdan şüurlu şəkildə istifadə etdiyini etiraf edib.
Məlum olub ki, bundan əvvəl polisə şikayətlər edilsə də, babanın təhdidləri səbəbindən müraciətlər geri götürülüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.