Yüzdən çox zərərli tətbiq ifşa olunub

Yüzdən çox zərərli tətbiq ifşa olunub
21:00

“Google” və “IAS” tərəfindən keçirilən "Genisys" əməliyyatı ilə 25 milyon cihaza təsir göstərən süni intellekt əsaslı xüsusi zərərli proqramlar silinib və bloklanıb.


News365.az xəbər verir ki, bu proqramların çoxu fənər, PDF çevirən, QR kod oxuyucusu tipli sadə tətbiqlərdir. 


Məlumata görə, süni intellekt ilə adamlar 500-dən çox xəbər saytı açıblar. Bu saytlara da reklamlar qəbul ediblər. Həmin tətbiqlərin fonunda gizli bir browser işləyir.


Bu browser sizin xəbəriniz olmadan cihazınızda dayanmadan həmin xəbər saytlarını açır. 


Nəticədə saytlara trafik axır və adamlar pul qazanırlar. 25 milon cihazda bu tətbiqlər işləyirmiş. Rəqəmləri təsəvvür edin…



Sizin reklam burada
Sizin reklam burada