Kağıthanedə 25 yaşlı kişi 37 güllə ilə qətlə yetirilib.
News365.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda 25 yaşlı Burak Tunçelin avtomobilinə minərkən kalaşnikoflu 3 şəxsin çapraz atəşi nəticəsində 37 güllə ilə öldürülməsi anlarına aid görüntülər yayımlanıb.
Məlumata görə, Tunçel təxminən 2 həftə əvvəl həbsxanadan azad olunmuşdu. Hadisə sosial mediada böyük rezonans doğurub, hüquq-mühafizə orqanları cinayətkarları müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.