Türkan əməliyyat etdirdiyinə görə PEŞMAN OLDU

Türkan əməliyyat etdirdiyinə görə  PEŞMAN OLDU
26 Apr 2024 11:22

“Əməliyyat etdirdiyim gün mama çöndü, dedi ki, əməliyyata getməyəcəksən”.

News365.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Rəngarəng səhər” verilişində deyib.

İfaçı anasının onun əməliyyatına əsəbləşdiyini və bu səbəbdən onunla bir neçə gün danışmadığını bildirib:

“Əməliyyatdan çıxandan sonra atam yanımda idi. Mamam neçə gün mənimlə danışmadı, dedi “niyə etdirmisən?” Hazırda da qəbullana bilmir. Amma arada deyir “qəşəyləşmisən”. Mamanın kaprizləri çoxdur. Amma doğrudan da anaların məsləhətinə qulaq asmaq lazımdır. Son zamanlar bunu anlamışam, mama indiyə kimi nə deyibsə, düz olub”.


Youtube kanalımız

Oxşar xəbərlər