Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir

Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
13:08

Donald Trampın böyük oğlu atasının siyasi varisi ola, ABŞ prezidenti vəzifəsini tuta bilər.

Bu fikri tarix üzrə fəlsəfə doktoru və Rusiya Strateji Araşdırmalar İnstitutunun (RİSİ) aparıcı eksperti Mixail Alximenkov Lenta.ru-ya verdiyi müsahibədə bildirib.

"İlk növbədə o, kiçik Donald Tramp sayılır...", - deyə ekspert Amerika liderinin varisi haqqında danışarkən bildirib.

Alximenkov qeyd edib ki, artıq kiçik Tramp ictimai və siyasi işlərdə, o cümlədən atasının administrasiyasında vəzifələrə namizədləri irəli sürməkdə və beynəlxalq məsələlərə münasibət bildirməkdə fəallıq göstərir. Politoloqun sözlərinə görə, əgər Trampın böyük oğlu istəsə, o, böyük siyasətə qoşula və növbəti ABŞ prezidenti ola bilər.

Xatırladaq ki, bir müddət öncə kiçik Tramp TruthSocial platformasındaatasının üçüncü müddətə yenidən prezident seçilmək şanslarını qiymətləndirmişdi. Trampın varisinin sözlərinə görə, atasının 2028-ci ildə keçiriləcək növbəti seçkilərdə qalib gəlmək şansı ona son seçkidə məğlub olmuş Kamala Harris ilə eynidir.(Publika.az)


Sizin reklam burada
Sizin reklam burada