“Tramp tamograf məsələsini siyasi alver predmetinə çevirir” - Rasim Musabəyov

“Tramp tamograf məsələsini siyasi alver predmetinə çevirir” - Rasim Musabəyov
13:18

“Tramp tamograf məsələsini siyasi alver predmetinə çevirir”

Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında bildirib ki, ABŞ sabiq prezidenti Donald Tramp “tamograf məsələsini” siyasi və iqtisadi alver vasitəsinə çevirir.

Deputat qeyd edib ki, Tramp bu mövzuda da özünəxas şəkildə “biznes dili” ilə danışır:

“Tramp hər zaman danışıqları biznes prinsipləri üzərindən aparır. İndi də ‘tamograf’ məsələsini ABŞ üçün həm təzyiq aləti, həm də ticarət predmetinə çevirib.”

Musabəyovun sözlərinə görə, mütəxəssislər bu tip silahların artıq Avropada yerləşdirildiyini deyirlər:

“Raketlərin bir hissəsi ABŞ-ın NATO müttəfiqlərindədir. Qərar verildiyi halda onlar cəmi bir-iki gün ərzində Ukraynada yerləşdirilə bilər. Bu da Rusiyaya təzyiq vasitəsi kimi istifadə olunur.”

Deputat əlavə edib ki, Rusiya və ABŞ arasında nüvə balansı hələ də dəyişməyib:

“ABŞ dünyanı 150 dəfə məhv edə biləcək nüvə arsenalına sahibdir. Rusiyada da təxminən eyni gücdə başlıqlar var. Hər iki ölkə nüvə silahlarını məhdudlaşdıran müqavilələrdən çıxmalarını bəyan etsələr də, reallıqda bu balans hələ də qorunur.”


Sizin reklam burada
Sizin reklam burada