Makronun Rusiyayla dialoqunun məqsədi nədir?

Makronun Rusiyayla dialoqunun məqsədi nədir?
15:40

Avropa Birliyi və Rusiya arasında dialoq son aylarda beynəlxalq gündəmin diqqət mərkəzindədir. Xüsusilə Ukrayna-Rusiya müharibəsi fonunda Avropa ölkələrinin yanaşmaları və sanksiya siyasəti regionda gərginliyi artırsa da, bəzi liderlərin fərdi təşəbbüsləri dialoqun qorunmasına imkan yaradır.

Politoloq Murad Sadəddinov News365.az-a açıqlamasında bildirib ki, Avropa Birliyi və Rusiya arasında dialoq xüsusilə Ukrayna-Rusiya müharibəsi ərəfəsində daim diqqət mərkəzində olub.


O qeyd edib ki, Avropa ölkələri arasında Rusiyayla dialoqa ən açıq olan liderlərdən biri Fransa Prezidenti Emmanuel Makrondur.

"Makronun bu səfərdə səsləndirdiyi bəyanatlar Avropa Birliyinin ümumi mövqeyində dəyişiklik anlamına gəlmir və əsasən Rusiyaya yönəlik çağırış kimi qiymətləndirilməlidir. Politoloq əlavə edib ki, Makron ABŞ-ın Rusiyayla dialoqda iştirak etmədiyini nəzərə alaraq öz mövqeyini göstərir və bununla da dialoqa hazır olduğunu bildirir."

Murad Sadəddinov vurğulayıb ki, Avropanın iqtisadi sanksiyaları Rusiyanın qarşılaşdığı əsas problemlərin bir hissəsini təşkil edir və yeni sanksiya paketləri ətrafında müzakirələr davam edir. Politoloq hesab edir ki, bu dialoq vasitəsilə müharibənin dayandırılmasına töhfə verəcək addımların atılması hədəflənir.


Sizin reklam burada
Sizin reklam burada