Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli üzərində işləyirəm

Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli üzərində işləyirəm
09:48

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin nizamlanması üzərində işləməyə davam etdiyini və onun tezliklə başa çatacağına ümid etdiyini bildirib.

News365.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

“Biz hələ Rusiya ilə Ukrayna arasındakı münaqişəni başa çatdırmamışıq. Mən bunun üzərində işləyirəm... Bu da olduqca tezliklə baş verəcək”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti danışıqlar prosesini irəlilətmək üçün konkret hansı addımların atıldığını və münaqişənin tezliklə başa çatması deyərkən nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Tramp daha əvvəl də Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olmaq istədiyini dəfələrlə bəyan edib. O, sentyabrın 22-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə müharibənin başa çatması üçün həll yolu axtardıqlarını və bunun baş verməli olduğunu bildirib.

Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də Moskvanın danışıqlara mümkün qədər tez başlamağa və onları yekunlaşdırmağa hazır olduğunu deyib. Lakin o, mümkün razılaşmaların Rusiya üçün məqbul olmasının və mövcud vəziyyəti nəzərə almasının zəruri olduğunu vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada