Tramp narazılıq etdi: Rusiya danışıqlara yenə onu göndərir

Tramp narazılıq etdi: Rusiya danışıqlara yenə onu göndərir
31 May 2025 18:30

Rusiya Ukrayna ilə danışıqlarda prezidentin köməkçisi Vladimir Medinskini yenidən nümayəndə kimi göndərəcək.


News365.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.


Onun sözlərinə görə, 2 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan görüşdə Rusiya nümayəndə heyətinin tərkibində heç bir dəyişiklik olmayacaq və Medinski nümayəndə heyətinə rəhbərlik etməyə davam edəcək.


Qeyd edək ki, Vladimir Medinski daha əvvəl – 2022-ci ildə və cari ilin mayında da İstanbulda Ukrayna ilə aparılan danışıqlarda Rusiya tərəfinə rəhbərlik edib. Lakin onun iştirakı Qərb vasitəçilərinin, xüsusilə də ABŞ-ın narazılığına səbəb olub. Tramp administrasiyası Medinskinin danışıqlardan kənarlaşdırılmasını tələb edib. Amerikalı rəsmilər onun və digər sərt xətt tərəfdarlarının danışıqlarda iştirakını məqsədəuyğun hesab etmir.


Sizin reklam burada
Sizin reklam burada