Tramp Maska dəstək üçün Tesla alacaq

Tramp Maska dəstək üçün Tesla alacaq
11 Mar 2025 12:26

ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirib. O, Truth sosial şəbəkəsində paylaşım edərək İlon Maska dəstəyini ifadə edib. Ağ Ev rəhbəri bildirib ki, bir neçə şirkətinin sahibi olan İlon Maska dəstək nümayiş etdirmək üçün məhz "Tesla" avtomobili alacaq. 


“Sabah səhər mən İlon Maska inam və dəstək əlaməti olaraq tamamilə yeni "Tesla" alacağam. Nə üçün o, nəhəng imkan və səlahiyyətlərindən Amerikanın yenidən möhtəşəm olmasında istifadə istifadə etdiyinə görə cəzalandırılmalıdır?", — ABŞ prezidenti Truth sosial şəbəkəsində bildirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada