Tramp Makron ailəsinə sataşdı: "Qapının bağlı olmasına əmin olun!"

Tramp Makron ailəsinə sataşdı: "Qapının bağlı olmasına əmin olun!"
31 May 2025 11:15

ABŞ prezidenti Donald Tramp Fransa prezidentinin həyat yoldaşı Bricit tərəfindən döyülməsinə reaksiya verib. O, Makronun şillələnməsinin əks etdirən və viral olan videoya zarafatla reaksiya verib. Bloomberg xəbər verir ki, Amerika lideri Emmanuel Makronla telefonla danışdığını və hadisədən sonra necə olduğunu soruşduğunu bildirib.


"O, yaxşıdır. Onlar yaxşıdırlar. Onlar mənim çox yaxşı tanıdığım  həqiqətən də iki yaxşı insandır. Bu hadisənin həqiqətən bu səbəbdən olub-olmadığını bilmirəm", - Tramp deyib.

Emmanuel Makron özü də videoya reaksiya verərək, onların Vyetnamda təyyarədən düşərkən kadrda arzuolunma şəkildə yaxalanmalarını, hadisəni ailə daxilində zarafatlaşmağı əks etdirən səhnə olduğunu qeyd edib. "Biz mübahisə edirik, daha doğrusu, həyat yoldaşımla zarafatlaşırdıq", - Fransa prezidenti deyib.

Makron ictimaiyyəti vəziyyəti şişirtməməyə çağırıb: "Bu epizod bir növ geoplanetar fəlakətə qədər şişirdilir. Hər kəs sakitləşməlidir".

Tramp isə həmkarına ironik bir tövsiyə verib: “Qapının bağlı qalmasına əmin olun”.

Tural


Sizin reklam burada
Sizin reklam burada