Tramp Əfqanıstanı hədələdi: Baqramı bizə dərhal qaytarmasalar...

Tramp Əfqanıstanı hədələdi: Baqramı bizə dərhal qaytarmasalar...
10:13

Vaşinqton administrasiyası Əfqanıstanın Baqram hava bazasına nəzarəti dərhal ABŞ-a qaytarmasını istəyir.

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib:

“Hazırda Əfqanıstanla danışırıq. Biz onun geri qaytarılmasını istəyirik. Tezliklə, indi geri istəyirik. Əgər etməsələr, mənim nə edəcəyimi görəcəksiniz”.

ABŞ-ın Əfqanıstana qoşun yeritməyə hazır olub-olmaması ilə bağlı suala Tramp “biz bu barədə danışmayacağıq” cavabını verib.

Tramp əvvəllər bəyan etmişdi ki, əgər ölkə hakimiyyəti bazaya nəzarəti ABŞ-a qaytarmağa razı olmasa, Əfqanıstan fəsadlarla üzləşəcək.

Sentyabrın 19-da Tramp ABŞ rəsmilərinin Əfqanıstan nümayəndələri ilə aviabaza ilə bağlı məsələləri müzakirə etdiyini açıqlayıb. Sentyabrın 18-də o, Vaşinqtonun obyektə nəzarəti geri almağa cəhd etdiyini bəyan edib. Daha sonra Tramp bunun əsas səbəblərindən biri kimi bazanın “Çinin nüvə silahını istehsal etdiyi yerdən cəmi bir saatlıq uçuş məsafəsində olması”nı göstərib.


Sizin reklam burada
Sizin reklam burada