“ABŞ üçüncü dünya ölkələrindən miqrasiyanı həmişəlik dayandıracaq”.
News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Ağ Ev rəhbəri bildirib ki, ölkənin daxili sülhünü pozan miqrantları vətəndaşlıqdan məhrum edəcək.
“Təhlükə yaradan və ya Qərb sivilizasiyası ilə uyğun olmayan istənilən əcnəbini deportasiya edəcəyik”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Trampın açıqlaması Ağ Evin yaxınlığında baş vermiş və Milli Qvardiya üzvünün ölümünə səbəb olmuş atışmadan sonra səsləndirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs əfqan əsillidir.