Tramp: "ABŞ Polşa və Baltikyanı ölkələri Rusiyadan qoruyacaq"

Tramp: "ABŞ Polşa və Baltikyanı ölkələri Rusiyadan qoruyacaq"
21 Sen 2025 22:57

"Rusiya ilə münasibətlərin gərginləşəcəyi təqdirdə ABŞ Polşa və Baltikyanı ölkələrə müdafiə yardımı göstərəcək".

News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

O, Rusiyanın mümkün hücumuna qarşı Baltikyanı ölkələr və Polşaya kömək göstəriləcəyini təsdiqləyib.

Xatırladaq ki, son günlərdə Rusiya qırıcıları və dronları Polşa, Rumıniya və Estoniyanın hava məkanını pozub.


Sizin reklam burada
Sizin reklam burada