Toy karvanında “avtoş”luq edib yola pul səpdilər - VIDEO

Toy karvanında “avtoş”luq edib yola pul səpdilər - VIDEO
11:22

Qubada toy karvanında avtoxuliqanlıq edən avtomobillərin görüntüləri yayılıb.

News365.az xəbər verir ki, görüntüləri sosial şəbəkədə jurnalist Dəyanət Babayev paylaşıb.

Videoda bir neçə avtomobilin Qubanın mərkəzində bəy-gəlin maşınını müşayiət edərkən yol hərəkəti qaydalarını pozmasını, maşınlardan birində olan şəxsin isə yola pul səpməsini görmək mümkündür.

Qeyd edək ki, xeyli vaxtdır Azərbaycanda toy karvanlarında qayda pozulmalarına qarşı maarifləndirmə işləri görülür. Bununla belə, neqativ hadisələrə də rast gəlinir.

Son olaraq elə Quba rayonunda 4 gün əvvəl toy karvanında baş verən ağır qəza 23 yaşlı oğlanın ölümünə səbəb olmuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh



Sizin reklam burada
Sizin reklam burada