Aİ–Mercosur ticarət sazişinin təsdiqi ən azı bir il gecikdirilir.
News365.az xəbər verir ki, Avropa Parlamenti Aİ–Mercosur ticarət sazişinin Avropa İttifaqı Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Bu səbəbdən sazişin təsdiqi prosesi ən azı bir il müddətinə dayandırılıb. Gərgin keçən səsvermədə 334 deputat lehinə, 324 deputat isə əleyhinə səs verib.