İsrail həftəsonu İranda və Livanda 470-dən çox hədəfi vurub

İsrail həftəsonu İranda və Livanda 470-dən çox hədəfi vurub
21:00

Həftəsonu ərzində İsrail Müdafiə Qüvvələri İranda və Livanda genişmiqyaslı əməliyyatlar keçirib. 

News365.az xəbər verir ki, İsrail ordusu İranda 300-dən çox, Livanda isə “Hizbullah”a məxsus 170-dən artıq hədəf vurulub.

Tehran və ölkənin digər bölgələrində həyata keçirilən zərbələr nəticəsində yerüstü və yeraltı raket anbarları, onlarla ballistik raket buraxılış qurğusu məhv edilib.

“Qüds” qüvvələrinə məxsus və “Hizbullah”a silah daşınması üçün istifadə edilən 16 təyyarənin də məhv edildiyi bildirilib.


İsrail Hərbi Hava Qüvvələri eyni zamanda Beyrut və Livanın digər bölgələrində zərbələr endirib. 

Hücumlar zamanı İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin istifadə etdiyi qərargah, “Hizbullah”ın bölmələrinin qərargahları, Cənubi Livanda raket qurğuları və silah anbarları, eləcə də Bəkaa bölgəsində hərbi obyektlər vurulub.



Sizin reklam burada
Sizin reklam burada