“The Economist”: 61 milyard dollar Kiyevə ərazilərini geri qaytarmağa kömək etməyəcək

“The Economist”:  61 milyard dollar Kiyevə ərazilərini geri qaytarmağa kömək etməyəcək
25 Apr 2024 12:15

ABŞ-nin yeni yardım paketi Ukraynaya itirilmiş ərazilərin geri qaytarılmasına kömək etməyəcək.

Bu fikirlər məşhur “The Economist” saytında dərc olunan məqalədəndir.

Nəşr yazıb ki,  ABŞ-dan ayrılan 61 milyard dollarlıq paket Ukraynaya yalnız üzərək suyun üzərində qalmağa və Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini gücləndirməyə kömək edəcək. Lakin bu dəstək Rusiyanın nəzarətinə keçmiş heç bir ərazinin geri qaytarmayacaq. İşğal olunmuş ərazilər isə  təxminən Ukrayna torpaqlarının 18 faizini təşkil edir.

Ukraynaya canlı qüvvə və texniki itkilər baxımından baha başa gələn ötənilki uğursuz əks-hücum əməliyyatı onu sübut etdi ki, itirilmiş əraziləri geri qaytarmaq çox çətin olacaq. Pilotsuz təyyarələr və peyk imkanları artıq döyüş meydanlarını müəyyən mənada şəffaf edib. Bu amillər hərbi personalın və zirehli texnikaların məhv edilməsini asanlaşdırır.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər