Test etdiyi avtomobili təhvil aldı - VİDEO

Test etdiyi avtomobili təhvil aldı - VİDEO
13 Sen 2025 16:28

Türkiyənin ilk yerli elektromobili “Togg”un yeni satışa çıxan “T10F” modelinin ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana ilk təhvil verilmə mərasimi keçirilib.

News365.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şirkət rəhbərliyi sözügedən avtomobili Türkiyə liderinə Dolmabağçadakı Ofisində təhvil verib. 

Tədbir zamanı Ərdoğan “T10F”in sükanı arxasına keçib.

Xatırladaq ki, Türkiyə prezidenti bir neçə ay əvvəl İstanbulda “Togg”un sedan modeli olan “T10F”i sınaqdan keçirmişdi.



Sizin reklam burada
Sizin reklam burada