"Temu" Türkiyəyə satışları DAYANDIRDI

"Temu" Türkiyəyə satışları DAYANDIRDI
16:07

Münasib qiymətə məhsul seçimləri ilə qısa müddətdə geniş istifadəçi kütləsinə çatan elektron ticarət platforması "Temu" Türkiyə bazarında platforma üzərindən xarici mənşəli məhsullara girişi dayandırıb.

News365.az xəbər verir ki, mobil tətbiq və internet saytı vasitəsilə sifariş vermək istəyən istifadəçilər artıq yalnız Türkiyədə fəaliyyət göstərən və ölkə daxilindən göndəriş edən satıcıları görə bilirlər.

İstifadəçilər axtarış etdikdə və ya məhsulları səbətə əlavə etmək istədikdə, xarici məhsullar sistemdə görünmür.

Məhdudiyyət qərarının qısa müddət əvvəl "Temu"nun Türkiyə ofisində keçirilən rəsmi yoxlamalardan sonra gəlməsi diqqət çəkib.

Şirkət tərəfindən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.


Sizin reklam burada
Sizin reklam burada