Tehranda etirazlar zamanı SEPAH üzvünün etirazçılara atəş açdığı iddia olunur.
News365.az xəbər verir ki, yeni yayımlanan görüntülərdə yanvarın 8–9-na keçən gecə Tehranda hökumət əleyhinə etirazlar zamanı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvünün etirazçılara avtomatik silahla atəş açdığı əks olunub.
Qeyd edilib ki, kadrlar sosial şəbəkələrdə yayılıb və hadisə ilə bağlı müzakirələrə səbəb olub.
Rəsmi qurumlar görüntülərlə bağlı hələ açıqlama verməyib.