Tehranda Pezeşkianla Fidan arasında görüş olub

Tehranda Pezeşkianla Fidan arasında görüş olub
30 Noy 2025 21:58

İran Prezidenti Məsud Pezeşkian bu ölkədə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

News365.az xəbər verir ki, bu barədə Türkiyə xarici siyasət idarəsinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Görüşün təfərrüatları haqqında məlumat verilməyib.

Qeyd edək ki, H. Fidan daha əvvəl iranlı həmkarı Abbas Əraqçi və İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf ilə görüş keçirib.


Sizin reklam burada
Sizin reklam burada