"Təəssüf ki, Paşinyan sülh üçün addımlar atmır"- Politoloq

"Təəssüf ki, Paşinyan sülh üçün addımlar atmır"- Politoloq
14 Apr 2025 13:00

"Nikol Paşinyanın Zəngəzura səfəri ümumilikdə pozitiv qiymətləndirilsə də, bu, gecikmiş bir səfər və gecikmiş açıqlamalardır. Çünki Azərbaycan rəhbərliyi dəfələrlə vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı – yəni Mehri rayonundan keçən dəmir yolu vasitəsilə – Ermənistan kifayət qədər böyük dividentlər, maliyyə imkanları əldə edəcək və Avropaya daha rahat çıxış qazanacaq."

Politoloq Sabir Məmmədli bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Təəssüf ki, bütün bu dövr ərzində Nikol Paşinyan bu tipli addımlar atmayıb. Və yenə təəssüf ki, Mehri rayonuna düşən ərazilərdə hətta planlaşdırma işləri belə xeyli gecikir və onların reallaşması da sual altındadır. Xatırlayırsınızsa, Avropa İttifaqı bu planlaşdırma işlərinə başlamaq üçün müəyyən vəsait ayırmışdı.

Eyni zamanda bilirik ki, bu ərazi Ermənistanın irəli sürdüyü “qovşaq” konsepsiyası baxımından da mühümdür. Yəni Paşinyan İrandan Mehriyə yaxın keçid nöqtəsi vasitəsilə Ermənistan ərazisindən keçib Gürcüstan üzərindən Poti limanına çıxış əldə etməyi və bu marşrutla yüklərin daşınmasını arzulayır.

Bununla yanaşı, Azərbaycanın nəzərdə tutduğu sülh dəhlizi ilə bağlı layihəyə görə dəmir yolu Ağbənd istiqamətindən keçərək Mehri bölgəsi üzərindən Naxçıvana və oradan da Culfa istiqamətinə uzanmalıdır."


Sizin reklam burada
Sizin reklam burada