Vüqar Qurbanovu əvəzləyəcək şəxs kimdir?

Vüqar Qurbanovu əvəzləyəcək şəxs kimdir?
15:33

Xəbər verdiyimiz kimi, Vüqar Qurbanov "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) icraçı direktoru vəzifəsindən azad olunub və yeni təyinata qədər icraçı direktorun səlahiyyətləri direktor müavini Anar İsrafilova tapşırılıb.

News365.az xəbər verir ki, Anar İsrafilov Azərbaycan Tibb Universitetində pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. Sonra Azərbaycan Tibb Universitetində nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirib.

Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib. 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Anar İsrafilov 2022-ci il noyabrın 30-dan TƏBİB-in icraçı direktorunun müavinidir.

Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinin məzunudur. 2000-2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001-2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib. 2016-2018-ci illərdə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri, 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri kimi çalışıb. 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildən TƏBİB-in icraçı direktoru olub.


Sizin reklam burada
Sizin reklam burada