Tbilisidə atışma olub, üç nəfər yaralanıb

Tbilisidə atışma olub, üç nəfər yaralanıb
17 Apr 2024 16:18

Gürcüstanın paytaxtı Tbilisi şəhərində atışma olub, üç nəfər yaralanıb.

Hadisə şəhərin Tabidze küçəsində baş verib.

Şahidlər yaralılardan birinin başından, iki nəfər isə çiynindən güllə yarası aldığını söyləyiblər.

“Mən atəş səsini eşitdim. 5-6 dəfə atəş açıldı. Qonşu mənə dedi ki, güllə atan başından, özünü müdafiə edən iki nəfər isə kürəyindən yaralanıb”, - şahid qeyd edib.

Yaralılar xəstəxanaya yerləşdirilib.


Youtube kanalımız

Oxşar xəbərlər