TANINMIŞ VƏKİL "AYNA" NI Məhkəməyə verir

TANINMIŞ VƏKİL "AYNA" NI Məhkəməyə verir
10:13

Tanınmış vəkil Fərhat Mehdiyev yol nişanlanmaları və sürücülərə tətbiq edilən cərimələrlə bağlı AYNA-nı sərt tənqid edib.

News365.az xəbər verir ki, vəkil sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, SSRİ dövründən qalma ənənə nəticəsində Azərbaycanda avtomobil yollarının nişanlanması kifayət qədər effektiv deyil. Onun sözlərinə görə, bu vəziyyət AYNA-nın yollarda əlavə xətlər çəkməsini əsaslandırmır.

F.Mehrdiyev qeyd edib ki, yol nişanları sürücülərin rahat görə biləcəyi yerlərdə, xüsusilə hündürlükdə yerləşdirilməlidir. O vurğulayıb ki, nəqliyyatın sıx olduğu və avtomobillərin “burun-buruna” hərəkət etdiyi şəraitdə sürücülərin yolda çəkilən “düzünə hərəkət” nişanını görməsi demək olar ki, mümkün deyil.

Vəkilin sözlərinə görə, sürücülər əsasən dirək üzərində yerləşdirilən və “düzünə və sağa” istiqamətini göstərən yol nişanını görə bilir:

“AYNA-da kamera qarşısında oturanlar bilməlidir ki, inzibati xəta məsuliyyəti təqsirə əsaslanır. Yəni sürücü xətanı qəsdən və ya ehtiyatsızlıqdan törətməlidir. Yoğun tıxac şəraitində sürücünün yerdəki nişanlanmanı görməsi mümkün olmur”.

F.Mehrdiyev əlavə edib ki, sürücülərə cərimə tətbiq edilməzdən əvvəl yol nişanlarının daha görünən formada yerləşdirilməsi təmin olunmalıdır. O, məsələ ilə bağlı AYNA-nı məhkəməyə verməyi planlaşdırdığını da bildirib.


Sizin reklam burada
Sizin reklam burada