Tanınmış jurnalist VƏFAT ETDİ

Tanınmış jurnalist VƏFAT ETDİ
09:45

Türkiyədə nəşr olunan “Hürriyet” qəzetinin keçmiş baş redaktoru və “Anadolu” Agentliyinin (AA) İdarə Heyətinin sabiq sədri Necati Zincirkıran 96 yaşında vəfat edib.

News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Dövrünün qabaqcıl jurnalistlərindən olan Zincirkıran II Dünya Müharibəsi zamanı Heybeliadadan Mersinə köçürülən Heybeliada Dəniz Liseyində təhsil alıb. Səhhətində yaranan problemlərə görə məktəbi tərk etdikdən sonra Dəniz Bankının təqaüdü ilə təhsilini İngiltərədə davam etdirib. O, dənizçi kapitanı olub və magistr dərəcəsini dəniz hüququna yönəldib. O, həmçinin London Jurnalistika Məktəbində kurslarda iştirak edərək, sertifikat qazanıb.

O, 1950-ci illərdə “Hürriyyət”də reportajlar yazmağa başlayıb, əvvəlcə Ankara təmsilçisi, 1960-cı illərdə baş redaktoru olub. 1969-cu ildə “Hürriyyət”dən ayrıldıqdan sonra “Günaydın” qəzetinin baş redaktoru oldu.

"Hürriyət" Xəbər Agentliyini quran Zincirkıran 1981-1986-cı illərdə Anadolu Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada