Çingiz Abdullayevdən səs-küylü açıqlama: “O dünyada məni pərilər gözləmir”

Çingiz Abdullayevdən səs-küylü açıqlama: “O dünyada məni pərilər gözləmir”
12:02

News365.az xəbər verir ki, xalq yazıçısı Çingiz Abdullayev iş xanımı Ruhi Əliyevanın podkastına verdiyi son müsahibəsində dini baxışları ilə bağlı diqqətçəkən açıqlama edib.

Müsahibənin yayılan parçasında Çingiz Abdullayev bildirib ki, o, dünyanın bir çox müqəddəs dini mərkəzlərini ziyarət edib:

“Məkkədə olmuşam, Mədinədə olmuşam, Kərbalada olmuşam. İmam Hüseyn və İmam Həsənin məzarlarını da ziyarət etmişəm” – deyə yazıçı söyləyib.

Lakin buna baxmayaraq, xalq yazıçısı özünün aqnostik mövqedə olduğunu vurğulayıb:

“Mən inanmıram ki, o dünyada məni saqqallı kişilər və pərilər gözləyir…”

Abdullayevin bu fikri sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Çünki məşhur yazıçının Azərbaycan dilində açıqlamalar verərkən tez-tez “qatıq bankalarını qırdığı” – yəni ifadələri anlaşılmaz, bəzən də qarışıq şəkildə işlətdiyi və ətrafa dağıtdığı ilə bağlı zarafatvari yanaşmalar mövcuddur. Bu dəfə də onun “perilər” və "saqqalı kişilər" ifadəsi, dinə münasibəti və ümumi çıxış tərzi sosial mediada geniş reaksiya doğurub.




Sizin reklam burada
Sizin reklam burada