Şəkidə 50 yaşlı kişi qətlə yetirilib

Şəkidə 50 yaşlı kişi qətlə yetirilib
20:20

Şəkidə 50 yaşlı kişi qətlə yetirilib.

News365.az xəbər verir ki, hadisə axşam saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsində baş verib.

50 yaşlı Mehman Bayramovla 24 yaşlı Sədi Heydərov arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı S. Heydərov üzərində olan kəsici alətlə M. Bayramova xəsarətlər yetirib.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cinayəti törətməkdə şübhəli bilinən Sədi Heydərov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada