Türkmənistan prezidenti Özbəkistanda dövlət səfərində olacaq

Türkmənistan prezidenti Özbəkistanda dövlət səfərində olacaq
15 Noy 2025 22:20

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov noyabrın 16-17-də Özbəkistanda dövlət səfərində olacaq.

News365.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Bildirilir ki, yüksək səviyyəli danışıqların gündəliyinə Özbəkistan-Türkmənistan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın, ilk növbədə, siyasi, ticarət-iqtisadi, nəqliyyat, su-energetika, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Səfər çərçivəsində dövlət başçıları “Şavot-Taşovuz” sərhəd ticarət zonasının açılış mərasimində iştirak edəcəklər.

Özbəkistan və Türkmənistan liderləri beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Sammitin sonunda Birgə Bəyanatın qəbul edilməsi və ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.

Qeyd edək ki, Türkmənistan prezidenti Mərkəzi Asiya dövlət başçılarının VII Məşvərət Görüşündə də iştirak edəcək.


Sizin reklam burada
Sizin reklam burada