Mayamidən Kolumbiyanın Medellin şəhərinə uçan "American Airlines" aviaşirkətinə məxsus təyyarədə güllə dəlikləri aşkar edilib.
News365.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, "Boeing 737 MAX 8" təyyarəsi fevralın 22-də Kolumbiya hava limanına eniş edərkən atəşə tutulub. Başlanğıcda xəsarət barədə heç bir məlumat verilməsə də, ABŞ-yə qayıtdıqdan sonra təyyarənin sağ qanadında zədələr aşkar edildiyi üçün təmirə göndərilib.