Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının üzvü və Si Szinpinin müavini Çjan Yuşa ABŞ-a ölkənin nüvə silahı proqramı barədə məlumat ötürməkdə ittiham olunur.
News365.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" məlumat yayıb.
Məlumata görə, yüksək rütbəli Çin generalı Çjan Yuşa həmçinin rüşvət almaqda şübhəli bilinir.
Qeyd olunur ki, Çin hakimiyyəti artıq Çjan Yuşa qarşı anti-korrupsiya araşdırması aparır. Yoxlama ciddi intizam və qanun pozuntuları şübhəsi əsasında həyata keçirilir.