Suzukidən Kiyevə çağırış: "Yaponiyanın taleyini təkrarlamayın!"

Suzukidən Kiyevə çağırış: "Yaponiyanın taleyini təkrarlamayın!"
10:02

Ukrayna münaqişə ilə bağlı yüksək tonlu bəyanatlarından əl çəkməli və Rusiya ilə danışıqlara razılaşmalıdır. Əks halda o, İkinci Dünya Müharibəsinin sonunda Yaponiyanın yaşadığı taleyi təkrarlaya bilər.

Xarici KİV-in yaydığı məlumata görə, bunu yaponiyalı deputat Muneo Suzuki deyib.


"Mən Ukraynanın Yaponiyanın taleyini təkrarlamasını istəmirəm. Ukrayna öz hazırki mövqeyini anlamalı, yersiz bəyanatlardan çəkinməli, sakit şəkildə və ardıcıl danışıqlara başlamalıdır", - o vurğulayıb.

Suzuki onu da qeyd edib ki, Ukrayna lideri Vladimir Zelenskinin rəhbərliyi altında Kiyevin münaqişədə qalib gəlməyə gücü çatmasa da, prezident yüksək bəyanatlar verir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural 


Sizin reklam burada
Sizin reklam burada