Şuşa rayonu ərazisində yanğın başlayıb, mina partlayışı olub

Şuşa rayonu ərazisində yanğın başlayıb, mina partlayışı olub
26 İyl 2025 15:06

Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.

News365.az xəbər verir ki, əraziyə FHN - nin yanğınsöndürən briqadaları cəlb olunub. Aparılan tədbirlər nəticəsində yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib. Aparılan işlər nəticəsində yanğın söndürülüb.


Sizin reklam burada
Sizin reklam burada