Sürücülərin NƏZƏRİNƏ: Bu yolda yeni radar quraşdırıldı - Arxadan çəkir

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda yeni radar quraşdırıldı - Arxadan çəkir
10:25

“Beton yol” kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb.

News365.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, yolda yeni quraşdırılan radarlar digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxadan çəkir. Bu səbəbdən sürücülər ilk başda radarları görə bilmirlər və ərazidən sürətlə keçirlər.

Sürücülərdən yol hərəkəti qaydalarına ciddi əməl etmələri tələb olunub və sürət həddinə diqqət etmələri tövsiyə edilib.


Sizin reklam burada
Sizin reklam burada